Ermənistan ordusunun 4 hərbçisi minaya düşüb.
Qaynar.info erməni mətbuatına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda oktyabrın 16-da baş vermiş mina partlayışı nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam bölüyünün komandiri kapitan Gevork Mnaçakanyan ölüb.
Digər 3 hərbçi - baş leytenant Qaruş Ambarsumyan, əsgər Narek Akopyan və müqavilə ilə hərbi xidmət edən Edqar Arutunyan yaralı vəziyyətdə xəstəxanaya çatdırılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qaynar.info
Şərhlər