Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan Azərbaycanla Ermənistan futbolunu müqayisə edib.
Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, o, açıqlamasında "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsindən də söz açıb.
"Sputnik Armenia”yaya danışan Ayrapetyan, azərbaycanlı iş adamlarının futbolu ermənilərdən daha çox sevdiyini bildirib: "Erməni klublarının "Qarabağ” kimi yaxın zamanlara Çempionlar Liqasının düşmək şansı yoxdur. Bunun üçün külli-miqdarda pul lazımdır ki, bu da bizdə yoxdur. Azərbaycanlı iş adamları futbolu bizim biznesmenlərdən çox sevirlər”.
Şərhlər