Ölkə 23:52 15.09.2021

Erməni radiosu Qarabağda yayımını dayandırır

Ermənistanın "Avrora” radiosu Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yayımını dayandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə radionun direktoru Mikayıl Canpoladyan feysbuk səhifəsində canlı yayım zamanı deyib.

"Mənə bu haqda danışmaq çox çətindir. Biz özəl şirkətik və daim pul itirə bilməzdik. Biz artıq Şuşadakı bütün mülkümüzü itirdik. İndi bilmirik yeni avadanlıqları hara daşıyaq və bunu etməyə dəyərmi?” - Canpoladyan bildirib.

Onun sözlərinə görə, Qarabağdan zəng edilib və yayım üçün dövlət rüsumunun və lisenziya haqqının ödənilməsi tələb olunub. Bu da radionun yayımını dayandırmaq haqda qərar qəbul etmək üçün "son damla” olub.