Xəbər lenti

Erməni təxribatları: 61 mülki şəxs həlak olub, 291 nəfər yaralanıb (RƏSMİ)
Ölkə 12:11 20.10.2020

Erməni təxribatları: 61 mülki şəxs həlak olub, 291 nəfər yaralanıb (RƏSMİ)

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 61 mülki şəxs qətlə yetirilib, 291 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 382, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 941-dir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->