Xəbər lenti

Erməni zabitinin ölüm faktı üzə çıxdı
Ölkə 19:52 06.10.2017

Erməni zabitinin ölüm faktı üzə çıxdı

Ermənistanda hərbçilər arasında qeydə alınmamış itkilər üzə çıxmaqdadır. Belə ki, Hərbçilərə yardım fondunun Aktivlər və passivlərin idarə edilməsi üzrə komitəsi qanunda nəzərdə tutulmuş qaydada daha bir həlak olmuş erməni hərbçisinin ailəsinə kompensasiyalaırn verilməsi barədə qərar qəbul edib.

Virtuaıaz.org “armiya.az” nəşrinə istinadən xəbər verir ki, fondun mətbuat xidmətinin məlumatına görə, mayor Robert Novruzoviç Qasparyanın ailəsinə birdəfəlik 10 milyon dram, həmçinin 20 il müddətinə aylıq 300 min dram veriləcək.

Azərbaycan ordusunun iyulun 7-də erməni mövqelərini atəşə tutması nəticəsində Ermənistan KİV-ləri mayor Robert Qasparyanın yaralanması barədə xəbər vermişdilər. İndi isə məlum olur ki, erməni zabiti həlak olub.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->