Erməni silahlı birləşmələrinin qoşunların təmas xəttində yerləşən kəndləri intensiv atəşə tutması nəticəsində evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.
Qaynarinfo APA-ya istinadla xəbər verir ki, ermənilərin atdığı çoxsaylı mərmilər Ağdam rayonunun Baharlı qəsəbəsində məskunlaşmış Qiyaslıdan olan məcburi köçkün Qalib Babayevin yaşadığı evə düşüb. Nəticədə ev dağılıb, ciddi ziyan dəyib.
Şərhlər