Xəbər lenti

Ermənilər bu gecə də itki verdilər - 1 ölü
Ölkə 09:47 27.04.2016

Ermənilər bu gecə də itki verdilər - 1 ölü

Aprelin 27-si gecəsi ağır artilleriyanı yenidən işə salıb Azərbaycanın dins sakinlərini və hərbi mövqelərini hədəfə alması düşmənə baha başa gəlib. 

Azərbaycan ordusunun işğalçı tərəfin hərbi obyektlərinə açdığı cavab atəşi nəticəsində itki verdiyini erməni tərəf də etiraf edib. 

Musavat.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, ordumuzun düşmənin atəş nöqtələrinə endirdiyi zərbələr nəticəsində 1996-cı il təvəllüdlü hərbi qulluqçu Ayk Minasyan ölümcül yaralanıb. Bu barədə separatçı Dağlıq Qarabağ rejiminin yaydığı məlumata görə, əsgərin həyatını xilas etmək mümkün olmayıb. 

Qaynarinfo.az


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->