Foto 15:25 03.11.2019

Ermənilər ordumuzla üzbəüz mövqelərdə kəşfiyyat vasitələri quraşdırır (FOTOLAR)

Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında hərbi fəaliyyətini davam etdirir.

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, düşmən tərəfi bu dəfə Milli Ordumuzla üzbəüz mövqelərdə kəşfiyyat və müşahidə vasitələrini möhkəmləndirir.

Bunun üçün optik-elektron müşahidə sistemləri və videokameralar quraşdırılır. Yayılan fotoların təmas xəttinin Goranboy-Tərtər istiqamətində çəkildiyi ehtimal olunur.