Xəbər lenti

Ermənilər tərəfindən vurulan qadının son vəziyyəti - FOTOLAR
Ölkə 10:49 24.01.2014

Ermənilər tərəfindən vurulan qadının son vəziyyəti - FOTOLAR


“Yaralı üçün bütün lazımi tədbirlər görülür”


Ötən axşam erməni silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində yaralanan Tovuz rayonu Əlibəyli kəndi sakini Ruhiyyə Hüseynovanın vəziyyəti normaldır.

Qaynar.info ans press-ə istinadən xəbər verir ki, hər iki ayağından xəsarət alan Hüseynova kənd sakinlərinin köməyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Yaralı üçün bütün lazımi tədbirlərin görüldüyünü deyən Tovuz MRX-nin həkimi Kəmaləddin Abbasov bildirib ki, onun vəziyyəti normaldır.

Xatırladaq ki, ötən axşam erməni silahlı qüvvələrinin təmas xəttindəki Əlibəyli kəndini intensiv atəşə tutması nəticəsində kənd sakini 38 yaşlı Ruhiyyə Hüseynova yaşadığı evin həyətinə düşən iri çaplı silahın gülləsi ilə yaralanıb. Ruhiyyə Hüseynova ans press-in yerli müxbirinə, övladını qorumaq üçün qonşunun həyətinə qaçmaq istəyərkən yaralandığını deyib.

Qeyd edək ki, Əlibəyli kəndi təmas xətti boyunca yerləşdiyindən əhalinin həyətlərində sərbəst gəzmələri olduqca təhlükəlidir.

Bundan başqa, Ermənistan silahli qüvvələri son bir ayda cəbhədə fəallıq nümayiş etdirməkdədir.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->