Ermənilərin Ağdamı atəşə tutması nəticəsində ata və oğlu həlak oldu

Ermənilərin Ağdamı atəşə tutması nəticəsində ata və oğlu həlak oldu

Ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha iki mülki şəxs ölüb.

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunu atəşə tutması nəticəsində rayonun Hacıməmmədli kənd sakinləri – 1966-cı il təvəllüdlü Məmmədov Mürşid Rəşid oğlu və onun oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Samir Mürşid oğlu həlak olublar.

Onları götürmək üçün gedən təcilli tibbi yardım maşınları da ermənilər tərəfindən atəşə tutulub.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR