Ölkə 12:21 28.09.2020

Ermənilərin atdığı mərmi Ağdamda yaşayış evlərinə düşdü

Ermənistan silahlı qüvvələri cəbhə xəttində yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.

APA-nın verdiyi xəbərə görə, düşmən tərəfindən atılan mərmilər Ağdamın Çəmənli kənd sakinləri Rüxsarə Şahbazova və Adil Şükürova məxsus yaşayış evlərinə düşüb. Nəticədə hər iki ev dağılıb.