Xəbər verdiyimiz kimi, Erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub.
Qaynarinfo xəbər verir ki, erməni hərbi cinayəti nəticəsində 4 mülki vətəndaşımız həlak olub ki, onlardan biri də 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızıdır.
Bununla da sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak uşaqların sayı 11-ə çatıb.
7 yaşlı Aysunun fotosunu təqdim edirik. (Qafqazinfo)
Şərhlər