Ermənilərin Qazaxıstana göndərilməsi həm absurd, həm də təhlükəli idi - Ağayan (VİDEO)
"Ermənistan hərbi birləşməsinin Qazaxıstana göndərilməsini absurd, mənasız olmaqla yanaşı, həm də təhlükəli addım kimi qiymətləndirirəm. Bilmək lazımdır ki, Qazaxlar bu faktı uzun müddət xatırlayacaqlar və ona əsaslanaraq bizə zərər verəcəklər”.
Qaynarinfo xəbər verir ki, bu sözləri erməni mətbuatına açıqlamasında politoloq Armen Ağayan deyib.
O, bu addımın anti-erməni təzahürləri üçün bəhanə olacağını bildirib:
"Əgər Putinin Qazaxıstanda "Maydan” hadisəsinin baş tutması ilə bağlı dedikləri reallığa uyğun gəlsəydi, o zaman hansısa ordunun işğalı problemi həll etməyəcək, əksinə, xalqı hiddətləndirəcək və etirazı daha kütləvi edəcəkdi. Aydındır ki, Rusiya Qazaxstanda bir hakim partiyanı digərindən qorumaq üçün daxil olub.
Unutmaq lazım deyil ki, biz diktatura rejimlərinə daha çox meyilli olan türk xalqı ilə qarşı-qarşıya getdik. Və bu da öz növbəsində Qazaxstanda müntəzəm iğtişaşların olacağını istisna etmir. Amma diktatura dövründə qiyamçıların, bir qayda olaraq, hazır liderləri, idarəedici strukturları yoxdur və çox zaman onlar məğlub olurlar.
Deyilənə görə, Nikol Paşinyanın köhnə diktatorlar klubuna (Rusiya-Belarusiya) inteqrasiya etdiyini, kimi onun oarada "ayaqqabı təmizləyən”, kimi tamhüquqlu diktator kimi klub üzvü olduğunu iddia edir.
Hər ikisi ifratdır və bizim üçün yolverilməzdir. Amma Paşinyan, təbii ki, Qərbə izah etməkdə çətinlik çəkəcək. Əslində Painyan cinayət törədib. ER Silahlı Qüvvələri xaricdə (Qazaxstanda) istifadə edilərək bir ölkə daxilində çevriliş prosesinə müdaxilə edib.
Bu gün, Rusiya batmaqda davam edir. İndi Rusiyaya bir qədər boyun əyən Qazaxıstan sonradan öz davranışını asanlıqla dəyişə bilər".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər