Dünya 11:56 06.11.2013

Ermənistan Avropa Birliyi ilə anlaşmayacaq

“Şərq tərəfdaşlığı”nın Vilnüs sammitində Ermənistanla Avropa Birliyi arasında hər hansı sənəd imzalanmayacaq.

APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu AB-yə sədrlik edən Litvanın prezidenti Dalya Qrubauskayte deyib. O bildirib ki, yekun Bəyannamədə Ermənistanın adı çəkilə bilər.

Xatırladaq ki, Ermənistanın Gömrük İttifaqına qoşulmaq qərarı bu ölkə ilə AB arasında münasibətlərin soyumasına səbəb olub. 

Qaynar.info