Xəbər lenti

Ermənistan dilənçi günündə: əhaliyə əl açdılar: “Ödəməyə pul yoxdur”
Dünya 18:00 24.11.2020

Ermənistan dilənçi günündə: əhaliyə əl açdılar: “Ödəməyə pul yoxdur”

Ermənistanın "Hərbçilərin Sığortalanması Fondu" son döyüşlərdə ölən hərbçilərin ailələrinə ödəniş edə bilmir.

Qaynarinfo Ermənistan mediasına istinadən xəbər verir ki, fond Qarabağ müharibəsinin nəticəsi olaraq təxminən 8 min nəfərə (ölənlər, eləcə də 1-ci və 2-ci qrup əlillik dərəcəsi almış hərbçilər) ödəniş etməlidir – 1 nəfərə təxminən orta hesabla 17500 dollar. Ölən hərbçilərin ailələrinə verilən məbləğ daha yüksəkdir. 

Tələb olunan birdəfəlik təzminatın ümumi məbləği 140 milyon dollar təşkil edir. Fonda isə 64 milyon dollar toplanıb.

"Hərbçilərin Sığortalanması Fondu”nun direktoru Varujan Avetikyan onzuz da kasıb olan Ermənistan əhalisinə müraciət edərək fonda ayırmaları artırmağa çağırıb.

Ermənistan ordusunun ödəməli bir şeyinin olmadığını və kömək əli uzanmazsa bunun sosial-iqtisadi fəlakətə səbəb ola biləcəyini deyən Varujan Avetikyan işləyən ermənilərin hər birinin 3 min dram ödəniş etməsini istəyib: 

"Hər kəs başa düşməlidir ki, ordumuz qarşısında mənəvi və maddi məsuliyyətimiz olduğu üçün yükümüz artmalıdır. Bu istiqamətdə addımlar atılmasa, ölkə sosial-iqtisadi fəlakətlə üzləşə bilər".

Orxan Əhmədli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->