Xəbər lenti

Ermənistan DİN mitinq iştirakçılarına toqquşmalarla bağlı çağırış etdi
Siyasət 19:48 12.06.2024

Ermənistan DİN mitinq iştirakçılarına toqquşmalarla bağlı çağırış etdi

Ermənistan Daxili İşlər Nazirliyi (DİN) İrəvanda parlament binası yaxınlığında keçirilən aksiyanın təşkilatçılarını və iştirakçılarını toqquşmalara səbəb olan qanunsuz hərəkətlərdən çəkinməyə çağırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan KİV nazirliyə istinadən məlumat yayıb.

"Bugünkü aksiya zamanı bəzi iştirakçılar Baqramyan prospekti ilə Dəmirçyan küçəsinin kəsişməsində polisə butulka atıb, kordonu yarmaq istəyərkən isə polisin dəyənək və qalxanlarını götürüblər”, - məlumatda deyilir.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları istənilən qanunsuz hərəkətin adekvat cinayət mühakiməsi ilə nəticələnəcəyi barədə xəbərdarlıq ediblər.

Xatırladaq ki, daha əvvəl İrəvanda ölkənin baş nazir Nikol Paşinyanın çıxış etdiyi parlament binası yaxınlığında polislə etirazçılar arasında toqquşma olduğu barədə məlumat yayılmışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->