Dünya 10:25 20.05.2019

Ermənistan hərbçisi yol qəzasında ölüb

Ermənistanın Armavir vilayətində baş verən yol qəzası nəticəsində 1 hərbçi ölüb, 3 nəfər yaralanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Novosti Armeniya” məlumat yayıb. 

Xəbərə görə, Armavir-Qaraburun (indi Karakert adlanır) avtomobil yolunda "Mersedes” və "QAZ-3110” markalı avtombillər toqquşub.

Qəza nəticəsində ölən çavuş Ermənistanın ordusunun hərbi hissələrindən birində xidmət edirmiş.

Faktla bağlı cinayət işi başlayıb.