Xəbər lenti

Ermənistan Müdafiə Nazirliyinin polkovniki müharibənin vaxtını dedi
Siyasət 21:00 29.06.2018

Ermənistan Müdafiə Nazirliyinin polkovniki müharibənin vaxtını dedi

Ermənistan Müdafiə Nazirliyinin polkovniki, "Tiqran Mets” hərbi-təlim mərkəzinin rəhbəri Koryun Qumaşyan Azərbaycan ordusunun iyunun 26-da Bakıda keçirilmiş paradına baxıb , prezident İlham Əliyevin çıxışını izləyib və belə qənaətə gəlib ki, Qarabağda irimiqyaslı hərbi əməliyyatların başlanması qaçılmazdır.

Virtualaz.org xəbər verir ki, polkovnik Qumaşyan erməni mətbuatına müsahibəsində Ermənistanın "ildırım sürəti ilə öz silahlarını yeniləməli olduğunu” deyib. Bildirib ki, əks halda gec olacaq.

"Bütün maliyyə resursları müdafiə sahəsinə yönəldilməlidir, hansı ölkənin bizim haqqımızda nə düşünməsindən asılı olmayaraq. Müharibə qaçılmazdır. Kiçikdən böyüyə hamı buna hazırlaşmalıdır. Bu 2016-cı ilin aprel hadisələrinin təkrarı olmayacaq”-polkovnik deyib.
 


Qumaşyan Azərbaycan ordusunun Naxçıvanda yeni strateji yüksəkliklərdə möhkəmlənməsinə və Ermənistan ərazisini Dağlıq Qarabağa birləşdirən yolu nəzarətə götürdüyünü də xatırladıb. "Bu Azərbaycanın irimiqyaslı müharibəyə hazırlaşmasına dəlalət edir. Azərbaycanın öz mövqelərini Areni kəndi istiqamətində irəli çəkməsi, Areni kəndini, Araratı, Yexeqnadzoru nişangahda tutması reallıqdır. Erməni tərəfi deyir ki, həmin yüksəkliyə ("Qızılqaya” yüksəkliyi) hərbi texnikanın yeridilməsi mümkün deyil. Əslində heç ora texnika yetirməyə ehtiyac yoxdur, təkcə müşahidə məntəqəsi bəs edir ki, situasiyaya nəzarət edəsən və müvafiq göstərişlər verəsən”-erməni polkovnik bildirib.



Qumaşyana görə Azərbaycan Silahlı Qüvvələrinin ən yeni, müasir hərbi texnika ilə silahlanması da gözlənilən müharibənin irimiqyaslı olacağını göstərir. "Ən başlıcası gecikməməkdir. Parad zamanı mən Azərbaycan Silahlı Qüvvələrinin hərbi hazırlığını, silahlarını izlədim. Hər şey yenilənib, hətta sıra düzülüşü öz nizamına görə Şimali Koreya ordusunu xatırladırdı. Müharibədən keçmiş adamlar bütün bunları çox ciddi qəbul edir. Onlar silahları nümayiş etdirdilər. Lakin bu o demək deyil ki, birbaşa indi hücum edəcəklər. Onlar bunu bu payızda, ya da gələn yaz edəcəklər. Ona görə də birbaşa deyirəm: vaxtımız yoxdur. Biz silahlanma proqramımızı ildırım sürəti ilə aparmalıyıq”-Qumaşyan deyib.

"Modus Vivendi” araşdırma mərkəzinin direktoru, ekspert Ara Papyan isə Azərbaycan ordusunun paradın ardınca irimiqyaslı hərbi təlimlərə başlamasın diqqəti cəlb edib. Onun sözlərinə görə, Azərbaycan ordusu təkcə Qarabağ istiqamətində deyil, Naxçıvan və Tavuş istiqamətində də qüvvə cəmləşdirir.


"Təhdid bu baxımdan daha da artıb ki, azərbaycan cəmiyyəti deyəsən müharibəyə başlamağa hazırdır”-Papyan deyib.

Ekspertə görə əgər ordu irimiqyaslı təlimlər keçirirsə növbəti mərhələ müharibə ola bilər. Çünki təlimlərdən müharibəyə keçmək asandır. Deməli Azərbaycan ordusunun qarşıdakı təlimləri riski artırır.

Xatırladaq ki, Azərbaycan ordusu iyulun 2-dən 6-na qədər 20 minlik canlı qüvvənin, yüzlərlə tank və digər zirehli texnikanın, çoxsaylı raket-artilleriya bölmələrinin iştirakı ilə təlimlər keçirəcək. Təlimlərin ssenarisinə əsasən şərti düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurandan sonra qoşunlar hücuma keçib işğal altındakı əraziləri azad etməlidir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->