Xəbər lenti

Dünya 09:10 03.12.2020

Ermənistan müxalifəti Paşinyanın yerinə namizəd müəyyənləşdirdi

Ermənistanın baş naziri Nikol Paşinyanın yerinə müxalifətdən vahid namizəd, ölkənin keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyan ola bilər.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu barədə "Vətən" Partiyasının idarə heyətinin üzvü Robert Arutunyan bildirib.

"Vazqen Manukyan Ermənistanın keçid hökumətinin baş naziri vəzifəsinə vahid namizəd olacaq", - o deyib.

Manukyan 27 oktyabrda, Dağlıq Qarabağda müharibənin başlanmasından 1 ay sonra, hökuməti istefaya getməyə və hakimiyyəti orduya verməyə çağırıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?