Xəbər lenti

Ermənistan ordusunda kütləvi zəhərlənmə
Dünya 11:11 01.06.2013

Ermənistan ordusunda kütləvi zəhərlənmə

Kütləvi zəhərlənmə nəticəsində hərbçilər təcili hospitala yerləşdirilib.

Ermənistan hərbi akademiyasının zabitləri camış ətindən zəhərləniblər. Anspress-in Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, kütləvi zəhərlənmə nəticəsində hərbçilər təcili hospitala yerləşdirilib. 

İrəvanın “Qraparak” qəzetinin yazdığına görə, səs-küy çıxmasın deyə, kursantların bəzilərini digər xəstəxanalara, o cümlədən infeksion xəstəxanaya yerləşdirilib. Bəzilərinə yerindəcə yardım göstərilib. 

Mənbənin yazdığına görə, həmin yerdə həmişə ordu üçün “delikates” hazırlanıb. Qəzetin yazdığına görə, Ermənistanın baş epidemioloqu Ara Asonyan da bu informasiyanı təsdiq edib: “Bəli, belə bir məlumat var, lakin bu ölkənin müdafiəsi ilə, ordu ilə bağlı məsələ olduğuna görə, bunu gizli saxlamaq lazımdır”. 

Asonyanın vətənpərvər çıxışından sonra jurnalistlərə hadisənin həqiqətən də baş verdiyi aydın olub. Xəsarət alanların vəziyyəti orta ağırdır, lakin bu onların psixi vəziyyətinə çox pis təsir edib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->