Xəbər lenti

Ermənistan parlamenti ikinci dəfə Paşinyanın namizədliyini qəbul etmədi
Siyasət 21:20 10.05.2021

Ermənistan parlamenti ikinci dəfə Paşinyanın namizədliyini qəbul etmədi

Ermənistan parlamenti ikinci dəfə Nikol Paşinyanın ölkənin Baş naziri postuna irəli sürülmüş namizədliyini rədd edib.

"Qafqazifo" erməni mediasına istinadən xəbər verir ki, bununla da parlamentin buraxılması zərurəti yaranıb.

Paşinyanın lehinə 1, əleyhinə 1 deputat səs verib, 76 millət vəkili bitərəf qalıb, 25 nəfər isə səsvermədə iştirak etməyib.

Parlamentin spikeri Ararat Mirzoyanın sözlərinə görə, yeni parlamentin tərkibi seçilənə qədər köhnə tərkib həmişəki kimi fəaliyyət göstərməyə davam edəcək. Bu səbəbdən millət vəkilləri növbəti iclaslarda yenidən görüşəcəklər.

Xatırladaq ki, Paşinyan erkən parlament seçkilərinin keçirilməsində izlənilməli olan rəsmi konstitusiya proseduru səbəbindən seçilməyib (bu, hakimiyyət və müxalifət tərəfindən razılaşdırılıb). Parlamentin buraxılması üçün millət vəkilləri iki dəfə baş nazir seçməli deyillər. İlk səsvermə 3 may tarixində baş tutub.

Erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. Yeni tərkibli parlament həmçinin, yeni Baş naziri seçəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->