Ermənistan Talış kəndini və Cənub istiqamətində ərazi itirdiyini etiraf etdi

Ermənistan Talış kəndini və Cənub istiqamətində ərazi itirdiyini etiraf etdi

"Talış kəndi və cənub istiqamətində ərazi itkiləri var (Füzuli və Cəbrayıl rayonlarının 7 kəndinin azad edilməsi nəzərdə tutulur ki, bu da Azərbaycan Müdafiə Nazirliyi tərəfindən bəyan edilib – red.).

Qaynarinfo Virtualaz.org-a istinadla bildirir ki, bunu "Qarabağ separatçılarının lideri, qondarma " DQR prezidenti " Araik Arutyunyan bugünkü brifinq zamanı deyib.

"Bu günə qədər olmayan tammiqyaslı müharibə gedir. O, bütün təmas xətti boyunca - Ömərdən (söhbət Azərbaycan Ordusunun azad etdiyi Ömər-Murovdağ strateji yüksəkliyindən gedir-red.)  Araza qədər davam edir ”, - deyə A.Arutyunyan vurğulayıb.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR