Dünya 09:25 06.11.2013

Ermənistan vətəndaşı körpəsindən narkotika keçirmək üçün istifadə edib


Gürcüstan Gəlirlər Xidmətinin əməkdaşları narkotik vasitənin sərhəd-buraxılış məntəqəsindən keçirmək məqsədi ilə anadan təzə olmuş uşaqdan istifadə faktını qeydə alıblar.

APA-nın “Georgia Online” saytına istinadən verdiyi xəbərə görə, Ermənistan-Gürcüstan sərhədindəki “Sadaxlı” nəzarət-buraxılış məntəqəsində Ermənistandan gəlmiş qadının üzərinə baxış keçirilərkən onun anadan təzə olmuş uşağının şalvarının cibində marixuana aşkarlanıb. Narkotik həmçinin qadının əynindəki gödəkçənin cibində də aşkarlanıb.
 
Götürülmüş narkotikin ümumi çəkisi 51 qram təşkil edib.


Qaynar.info