Xəbər lenti

Siyasət 13:21 27.05.2021

Ermənistan yenə də havadarlarının bəyanatlardan “ruhlanmağa” cəhd edir (ŞƏRH)

"Ermənilərin fəallaşması onların havadarları tərəfindən son aylarda səslənən absurd bəyanatlarla bağlıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun fikrincə, ermənilərin 30 il işğal faktorunun davam etdirilməsinə səbəb də məhz bu tip səslənən bəyanatlar olub:

"Çünki Ermənistan nə hərbi, nə iqtisadi, nə siyasi baxımdan Azərbaycana qarşı 30 il işğal siyasətini yürütmək imkanına malik olmayıb. Əfsuslar olsun ki, 44 günlük müharibədə məğlub olmasına və Qarabağ münaqişəsinin arxada qalmasına baxmayaraq, Ermənistan yenə də havadarları tərəfindən səslənən bəyanatlardan "ruhlanmağa” cəhd edir. Lakin bu "ruhlanma” sonda Ermənistan üçün çox ağrılı-acılı olacaq hadisələrlə nəticələnəcək”.
 
 

Ədalət Verdiyev qeyd edib ki, Azərbaycan ordusu bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək və düşmənin istəlinən təxribatına qarşı sərt və sarsıdıcı cavab verəcək.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->