Ermənistan Statistika Komitəsi 2019-cu il üçün ölkədə baş verən cinayətlərin sayını açıqlayıb. Komitənin Ermənistan medyasına verdiyi açıqlamada ağır cinayətlərin 9 ay ərzində kəskin şəkildə artdığı bildirilir.
Asasmedya.info Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistanda bu il 9 ay ərzində təkcə odlu silahlarla 50 cinayət hadisəsi qeydə alınıb.
Ermənistan Statistika Komitəsinin yaydığı xəbərdə, 2019-cu ilin yanvar-noyabr aylarında bütün ölkə üzrə 18.865 cinayət hadisəsi törədildiyi bildirilir. Komitənin açıqlamasında xüsusi ilə ağır cinayətlərin çoxaldığı qeyd olunur.
Ermənistan Statistika Komitəsinin cinayət hadisələrini əks etdirən statistikasını olduğu kimi təqdim edirik:
Mülkiyyət əlehinə cinayətlər - 9540
Mülkiyyət əlehinə cinayətlərin keçən illə müqayisədə % 17.7 artdığını və bu cinayətlərin %20 oğurluq, %24 dolandırıcılıq, %18,2 isə soyğun və qəsdən mənimsəmə olduğu bildirilir.
Şəxslərə qarşı törədilmiş cinayətlər - 3168 cinayət hadisəsi
Qadına qarşı təcavüz cinayətləri - 17 cinayət hadisəsi
İctimai təhlükəsizliyə qarşı cinayətlər - 2845 hadisə
İctimai təhlükəsizliyə qarşı cinayətlər keçən illə müqayisədə %6,5 artıb - 2845 hadisə. Bunlardan yol-nəqliyyat %18,3, xuliqanlıq hadisələrində isə %37,3 artım olub.
Narkotik maddələrin alqı satqısı ilə bağlı cinayətlər isə keçən illə müqayisədə %9,7 daha çox olub.
Şərhlər