Video 10:44 29.07.2019

Ermənistanda benzinlə dolu 17 vaqonda yanğın başladı (VİDEO)

Ermənistanın Lori vilayətində Tumanyan dəmiryolu stansiyası yaxınlığındakı qatar qəzaya uğrayıb və 17 vaqonda yanğın başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan FHN-ni məlumat yayıb. 

Gümrüyə doğru hərəkət edən vaqonların hər birinin həcmi 50 tondur. 29 vaqondan 17-də benzin, digərlərində isə tikinti materialları və taxıl var. 

Gülşən