"Daxili "bayraktarlar" türklərin "bayraktar”larından daha təhlükəlidir”.
Yenisabah.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik üzrə komissiyasının sədri, hakim "Mənim addımım” fraksiyasının təmsilçisi Andronik Köçəryan keçmiş Baş nazir Vazgen Manukyanın açıqlamasını şərh edərkən deyib.
O əlavə edib ki, Manukyanın müraciəti oktyabrın 27-də edilməsi daha təhlükəlidir. 1999-cu ilin bu günündə Ermənistan parlamentində terror aktı baş verib.
Köçəryan qeyd edib ki, xalq tərəfindən qəbul olunmayan qüvvələr bunu həzm edə bilmirlər.
Ermənistanın keçmiş Baş naziri Vazgen Manukyan oktyabrın 27-də hökuməti istefaya getməyə və hakimiyyəti orduya təhvil verməyə çağırıb. "İindiki dövr tarixin biabırçı və dağıdıcı səhifələrindən biridir. Yalnız Qarabağ deyil, xalqın gələcəyi olan Ermənistan da təhlükə altındadır ”, - deyə keçmiş Baş nazirin müraciətində qeyd edilirdi.
Ermənistan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahı da Manukyanın müraciətinə reaksiya verib. Adıçəkilən qurumlar müraciəti "bəzi siyasi dairələrin siyasi rəhbərlik və Silahlı Qüvvələr arasında nifaq salmaq cəhdi" kimi qiymərləndirərək qınayıblar.
Qarabağ müharibəsi Ermənistanın yalnız hərbi cəhətdən deyil, iqtisadi cəhətdən də sarsılmasına səbəb olub. Bu isə ölkədə siyasi təaltümləri qaçılmaz edir. Manukyanın müraciəti və hakim komanda tərəfindən ona verilən sərt reaksiyalar böhranın başlanğıcı hesab edilə bilər.
Şərhlər