Xəbər lenti

Ermənistanda məhkəmələrin giriş-çıxışı bağlandı (FOTOLAR)
Foto 10:40 20.05.2019

Ermənistanda məhkəmələrin giriş-çıxışı bağlandı (FOTOLAR)

İşğalçı Ermənistanda vəziyyət yenidən gərginləşib.

Qaynarinfo-nun "Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, Baş Nazir Nikol Paşinyanın çağırışı ilə vətəndaşlar bu gün saat 8:30-dan etibarən bütün məhkəmələrin giriş-çıxışını bağlayıblar. Buna səbəb mayın 18-də Ermənistanın ikinci Prezidenti Robert Koçaryanın azadlığa buraxılmasıdır. 

İşçilərin binalara girişinə imkan verilmir. Şenqavit inzibati rayonunun ümumi məhkəmə hakimi David Balayan pəncərədən içəriyə daxil olmağa çalışsa da, bunun qarşısı alınıb.

Vəkil Ruben Melikyan feysbuk hesabında bildirib ki, məhkəmə binalarından birinin pəncələri sındırılıb: "Hakimlərin binaya girişinə imkan vermirlər. Bütün məhkəmələrin ətrafına polislər cəlb edilib”.

Qeyd olunur ki, Paşinyan günün ikinci yarısında xalqa müraciət ünvanlayaraq inqilabın yeni - daha vacib mərhələsinin başlandığını elan edəcək.

Xatırladaq ki, R. Koçaryan 2008-ci ilin 1-2 mart hadisələrinə görə həbs edilmişdi. O, konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunurdu. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->