Foto 14:03 22.10.2020

Ermənistanda tabut qıtlığı: Məhv edilən hərbçilər kütləvi şəkildə dəfn edilir (FOTO/VİDEO)

Ermənistan silahlı qüvvələri böyük itkilərini hər gün hissə-hissə açıqlayır.

Qaynarinfo BAKU.WS-ə istinadən xəbər verir ki, artıq düşmənin rəsmi açıqladığı rəqəmlərlə 834 əsgərin öldüyü bildirilir.

Erməni əsgərlərini kütləvi şəkildə dəfn edən ermənilər itkilərin miqyasından dəhşətə gəlir.

Qəbiristanlıqlarda artıq yer tapmaq müşkülə çevrilib. Fotolardan da göründüyü kimi erməni əsgərlərinin qəbirləri sıra ilə düzülüb.

Ölkədə tabut və gül qıtlığı yarandığı üçün xarici ölkələrdən bu istiqamətdə sifarişlər artıb.