Dünya 16:21 27.01.2022

Ermənistanın demoqrafik göstəriciləri ilə bağlı analiz

Ermənistanın rəsmi statistikasına görə, ölkənin demoqrafik göstəriciləri acınacaqlıdır. Ölkə əhalisinin sayı son illər durmadan azalır. 2021-ci ilin əvvəlində Ermənistan əhalisinin sayı 2 milyon 963,3 min idisə, 2016-cı ildə 2 milyon 998, 6 min nəfər, 2017-ci ildə 2 milyon 986,1 min nəfər, 2018-ci ildə 2 milyon 972,7 min nəfər, 2019-cu ildə 2 milyon 965,3 min nəfər, 2020-ci ildə isə 2 milyon 959,7 minə düşüb. 

Rəsmi statisyikaya görə, 5 ildə Ermənistan əhalisi 18,790 min nəfərə qədər azalıb, yalnız son 3 ildə isə Ermənistan əhalisinin sayında 9,4 min nəfərə qədər azalma müşahidə olunub.

2021-ci ilin on ayında ölkədə 30,282 uşaq doğulub ki, bu da əvvəlki illərlə müqayisədə artım deməkdir, lakin xüsusilə kornovirusdan ölənlərin sayı kəskin artdığından bu il təbii artım cəmi 3 min 146 nəfər olub.

Ermənistan Respublikası Əmək və Sosial Məsələlər Nazirliyinin rəsmilərinin verdiyi açıqlamaya görə, əhalinin davamlı azalmasının əsas səbəbi mühacirətin artmasıdır. Yəni ki, 2016-2021-ci illərdə əhalinin sayının 18, 087 nəfər azalması göstərir ki, təbii artım mühacirət boşluğunu ödəyə bilməyib. Bu ilin göstəricilərinə görə isə təbii artım və miqrasiyanın müsbət saldosu hesabına müsbət dinamika qeydə alınıb.

Müharibə və koronavirus səbəbindən doğumların ölümə nisbətində ölüm halları çoxalıb, məsələn, Ermənistanda təkcə Coviddən 3700 ölüm sayı olub ki, bunun nəticəsində yanvar-oktyabr aylarında təbii artım azalıb. 

2020-ci ildə minlərlə gəncin, xüsusən də 18-20 yaşlı yeniyetmənin ölümü ilə nəticələnən müharibənin yaratdığı demoqrafik problemlərə gəldikdə, aydın olur ki, doğum statistikasına görə, oğlan uşaqları qızlara nisbətən çoxluq təşkil edir. Səbəbi isə minlərlə qadının uşağın cinsiyyətini müəyyənləşdirdikdən sonra, qız uşağının doğuşundan imtina edib abortlara üz tutmasıdır. Bu baxımdan, minlərlə qız uşağının doğuşu getdikcə azalır. Əgər müharibədən əvvəl hər 100 qıza 186 oğlan düşürdüsə, müharibədən sonra bu nisbət 100-ün114-ədir. 

Doğum nisbətində müsbət tendensiya daha çox dövlət siyasəti ilə şərtlənir. Məlumdur ki, Ermənistanda ailələrdə doğum üçün birdəfəlik ödəmə məbləği və digər tərəfdən qulluğa verilən məbləğ də xeyli artıb. Məsələn, ötən il iyulun 1-dən birinci və ya ikinci uşağın doğulmasına görə birdəfəlik müavinət 300 min dram olub, 2 yaşlı uşağa qulluğa görə müavinətin məbləği isə 18 min dram əvəzinə 26 min 500 drama qədər artırılıb. 3-cü uşaqla bağlı dövlətin xüsusi proqramı üzrə mənzillərin əldə edilməsində ər-arvadın əsaslı dəstəyi heç də az müsbət və stimullaşdırıcı təsirə malik deyil ki, bu da növbəti illərdə demoqrafik strategiya proqramı vasitəsilə davam etdiriləcək.

Həmişə olduğu kimi İrəvana daxili miqrasiya bəzən dəyişən regionlar hesabına artır. Sərhəddə gərginliyin və toqquşmaların tez-tez artması səbəbindən Zəngəzurdan paytaxta və ya digər şəhərlərə insanların köçü də son vaxtlar intensivləşib.

Telman

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?