Dünya 18:44 10.04.2020

Çernobıl yanğınında sezyum-137 ilə çirklənmiş hava Kiyevə doğru gedir

10 aprel axşamı Çernobıl AES-nin təcrid zonasındakı üç meşə təsərrüfatı ərazisində davaç edən yanğından potensial çirklənmiş hava kütlələri Kiyevdən keçib gedəcək.

Qaynarinfo xəbər verir ki, bu haqda Ukraynanın Dövlət Nüvə Tənzimləmə Müfəttişliyinin rəhbəri Qriqori Plaçkov Feysbukda yazıb. Onun yazdığına görə, bu hava kütlələrinin traektoriyaları Kiyev bölgəsinin İvankovski, Borodyanski və Vışqorod rayonlarından, eləcə də Kiyevin özündən keçəcək.

Bununla belə, bu kütlələrdə zərərli maddələrin konsentrasiyasının maksimum həddən yuxarı olmayacağı bildirilir.

Alpər