Ekonomiks 21:00 08.09.2019

Çernobıla turist axını rekord həddə çatdı

Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra bu zonata turist axını rekord həddə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın Nəzarətsiz Ərazilərin İdarə Edilməsi üzrə Dövlət Agentliyinin məlumatında bildirilir.

Belə ki, cari ilin 8 ayı ərzində nəzarətsiz ərazilərə 75 min turist səfər edib. Təkcə avqust ayında bu say 15 min nəfər olub. Bu da ilin əvvəlindən 5 dəfə çoxdur. Ötən il isə Çernobıl zonasını 63 min turist ziyarət edib. 

Qeyd edək ki, 1986-cı il 26 aprel tarixində Ukraynanın şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda fəlakətli nüvə qəzası baş verib. Nəticədə Pripyat ölü şəhərə çevrilib.

Onu da qeyd edək ki, bu il HBO kompaniyasının çəkdiyi "Çernobıl" serialı yayımlanıb. Bundan sonra əraziyə maraq daha da artıb.