Çernoqoriyalı müğənni Samiranın mahnısını oğurlayıb

Çernoqoriyalı müğənni Samiranın mahnısını oğurlayıb

Müğənni Samira Allahverdi yeni açıqlaması ilə gündəmə gəlib.

"Səhər mərkəzi” proqramına qonaq olan sənətçi çernoqoriyalı müğənni Marina Jijicin onun "Qayıtdı xəyallar” mahnısını oğurlayaraq ifa etməsindən danışıb:

"Bu mahnının musiqisi Aytən İsmixanovaya, sözləri isə Altun Şaşiqə məxsusdur. Məndə bir şey var ki, kiminsə mahnısını ifa edəndə bəstəkarından da, onu yazan şəxsdən də icazə alıram. Məsələn, Mətanət İsgəndərlinin "Axtarma məni” mahnısını icazə alaraq oxumuşam. Çünki burada ifaçının da xeyir-duası olmalıdır.

Bu mahnını müəllifdən icazəsiz oxumaq nə dərəcədə düzgündür? O müğənni mahnımı oğurlayaraq müəllif və ifaçı adı qeyd etmədən oxuyub”.(baku.ws)
X
XƏBƏRLƏR
BLOGLAR