Bir qrup siyasətçi və ziyalı cəbhə xəttindəki hərbi hissəyə səfər edib.
Millət vəkilləri, ziyalılar və QHT rəhbərlərindən ibarət nümayəndə heyəti Müdafiə Nazirliyinin Beyləqan istiqamətində ön xəttə yerləşən “N” saylı hərbi hissəsinə səfər edib. Onlar əsgərlərin həyat və xidmət şəraiti ilə maraqlanıb, əsgər yeməkxanalarına və yataqxanalarına, ərazidəki hərbi hospitala baş çəkiblər. Anspressin məlumatına görə nümayəndə heyəti ön xəttən işğal altındakı əraziləri müşahidə ediblər.
“Ən müasir silahlar, ən müasir mühəndis istehkam qurğuları ən müasir şərait yaradılıb Azərbaycan əsgərinin torpaqlarını qoruması üçün. Ən müasir avadlırlarla təmin olunan əsgərlərə hər cür tibbi yardım göstəriləbilən bir hospital gördük” – deyə Millət vəkili İlham Məmmədov bildirib.
Tədbirin sonunda jurnalistlərin suallarını cavablandıran Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirdi ki, bu ilin 4 ayı ərazində qarşı tərəf atəşkəs rejimini 700 dəfədən çox pozub. Atışmalarda Azərbaycan tərəfi 7 itki veribsə qarşı tərəfin itkiləri bundan 2 dəfə çoxdur. Müxtəlif beynəlxalq təşkilatların, snayperlərin təmas xəttindən çəkilməsi barədəki tələblərini dəyərləndirən nazirlik rəsmisi 20 ildir bu çağırışların nəticəsiz qaldığını deyib.
“Bunu Minsk qrupu da irəli sürüb. 20 ildir onların fəaliyyətinin nəticəsi yoxdur. İndi təklif irəli sürürlər ki, snayperlər yığışdırılsın, birazdan da deyəcəklər təmas xəttini geri çəkin. Bu yolverilməzdir, 1 000 km təmas xəttində snayperlər dayanıb, geri çəkilməsi barədə söhbət gedə bilməz. Bu barədə dövlətin mövqeyi də apaydın ortadadır” – deyə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.
Azərbaycan ordusunda baş verən əsgər ölümləri ilə bağlı sualı cavablandıran nazirlik rəsmisi bu cür faktların araşdırıldığını və günahkarların cəzalandırıldığını bildirib.
“1 000 km boyunca əsgərlər dayanaıb. Elə yerlər var ki, 100 metrlik məsafədə qarşı qarşıya dayanıblar. Bunun əmələ gətirdiyi psixoloji çətinliyi də kənara atmaq olmaz” – deyə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu qeyd edib.
Son aylarda cəbhənin Şimal-Qərb hissəsində hər iki tərəfdən mülki şəxslərin azaraq təmas xəttini keçməsi məsələsinə toxunan nazirlik rəsmisi Azərbaycan tərəfdən fərqli olaraq erməni tərəfinin bu şəxslərə aqressiv davrandığına diqqət çəkib.
“Ancaq məlumatlar var ki, bizdən əsir düşənin biri sağ olub. Başına açılan oyunlar nəticəsində o dünyasını dəyişib” – deyə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.
Nümayəndə heyətinin cəbhəyə səfəri respublikanın tanınmış musiqiçilərinin iştirakı ilə hərbi hissədə keçirilən konsert proqramıyla yekunlaşdı.
Qaynar.info
Şərhlər