Dünya 16:01 08.02.2013

Əsgərlər kəndə hücum edib kəndlilərlə məzələndi

İsrail əsgərləri əylənmək üçün gecə yarısı Fələstin kəndinə girərək, bütün kəndliləri yataqlarından qaldırıblar.

"Haaretz" qəzetinin verdiyi xəbərə görə, bir qrup israilli əsgər Nablus qəsəbəsinin Ureyf kəndinə girərək əylənmək məqsədilə havaya atəş açıblar.

Kəndin içində gəzən əsgərlər, daha sonra avtomobillərdən birinin meqafonundan kəndlilərə ərəb dilində "Sabahın xeyir Ureyf", "Qalxın, hər kəs qalxsın" deyə bağırıblar.

İsrail ordusunun sözçüsü kəndə girən əsgərlərin komandirinin vəzifəsindən sui-istifadə etdiyi üçün xəbərdarlıq edildiyini bildirib.

Qaynar.info