Xəbər lenti

Əsir düşən azərbaycanlının meyitini yandırdılar  (FOTOLAR)
Foto 10:21 14.12.2017

Əsir düşən azərbaycanlının meyitini yandırdılar (FOTOLAR)

İsveçrədə yaşayan azərbaycanlının doğulduğu Naxçıvanda dəfn olunması ilə bağlı vəsiyyətinə baxmayaraq meyiti yandırılıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, İsveçrə vətəndaşı olan 97 yaşlı Hacı Cəfərov müalicə aldığı Bazel Dövlət Xəstəxanasında dünyasını dəyişib.

O, ölümündən əvvəl Azərbaycanda, valideynlərinin yanında dəfn olunması ilə bağlı vəsiyyət edib. Amma İsveçrədəki Türk İcmasının və mərhumun dostlarının-yaxınlarının təşkilatçılığına və bütün cəhdlərinə baxmayaraq oğlu Retto Cəfərov onun cənazəsinin Azərbaycana göndərilməsinə icazə verməyib. O, atasının meyitinin yandırılmasına qərar verib.

Qeyd edək ki, Hacı Cəfərov 1920-ci ildə Naxçıvanda dünyaya gəlib. 67 il əvvəl-İkinci Dünya müharibəsi (1941-1945) vaxtı əsir düşərək İsveçrədə qalıb. İsveçrəli bir qadınla ailə qurub, bir qızı və bir oğlu var.   

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->