Meteoroloqlar xəbərdarlıq edirlər: zəifləmiş qütb burulğanı səbəbindən Almaniya və qonşu ölkələr bu qış qeyri-adi dərəcədə soyuq hava ilə üzləşə bilər. Ekspertlərin fikirləri tam üst-üstə düşməsə də, bir çoxu xüsusilə bayramlardan sonra arktik soyuqların ehtimalının yüksək olduğunu bildirir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews” yazır.
Sinoptiklərin qiymətləndirməsinə görə, qütb burulğanı bu qış adətən olduğundan xeyli zəif görünür. Məhz bu cür hava kombinasiyası 1978–1979-cu illərdə "əsrin qışı”na — güclü qar fırtınalarına, uzun sürən şaxtalara və nəqliyyat sisteminin çöküşünə səbəb olmuşdu.
Tarix təkrarlana bilərmi?
Milad dövründə hava mülayim olacaq, lakin sonrasında kəskin soyuq mümkündür. Hazırkı hava modelləri Milad ərəfəsində əsasən yumşaq havanı, yalnız ayrı-ayrı soyuq epizodları göstərir. Avropa hava mərkəzi bayramlardan sonra temperaturun düşəcəyini proqnozlaşdırır.
ABŞ-ın NOAA qurumu isə ay üzrə orta temperaturun normadan yüksək olacağını gözləyir. Lakin bu göstərici yaxın iki həftənin nisbətən isti havası hesabına formalaşır və ona görə də sonrakı kəskin soyuma istisna edilmir.
Əksər modellər yanvarın dəyişkən və xeyli mülayim keçəcəyini göstərir. Bununla belə, EFFIS modelləri daha aşağı temperatur və az yağıntı ehtimalını ön plana çıxarır.
Bu ssenari Mərkəzi Avropa üzərində sabit yüksək təzyiq deməkdir: gündüzlər sakit hava, gecələr isə güclü şaxta və duman nəticəsində yolların uzun müddət buz bağlaması gözlənilir.
Əlavə risk — qışın ortasında qütb burulğanının pozulması nəticəsində arktik havanın qəfil Avropaya yönəlməsi ehtimalıdır.
La-Nina amili: Avropada daha soyuq və rütubətli qış
NOAA-nın iqlim mütəxəssisləri təsdiq edirlər ki, bu il La-Nina təsiri davam edir və ən azı 2026-cı ilin əvvəlinə qədər davam edəcək. Bu iqlim fenomeni adətən Qərbi Avropada temperaturun aşağı düşməsinə və rütubətin artmasına səbəb olur.
Alplarda isə bu, daha güclü qar yağmaları ehtimalı deməkdir — bu da xizək sürənlər üçün xoş xəbərdir.
Aydın
Şərhlər