Eşşəyi zebra kimi göstərmək üçün bu yola əl atdılar (VİDEO)
Misirin paytaxtı Qahirədə zooparkların birində zebraya bənzəməsi üçün uzunqulağın rəngləndiyi ortaya çıxıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 18 yaşlı şagird Mahmud Sərhani tərəfindən üzə çıxarılıb.
Sərhani "zebra"nın onların yanına gəldiyini, lakin ilk baxışdan elə uzunqulaq olduğunu anladığını bildirib. Misirli şagirdin sosial şəbəkədə paylaşdığı video sürətlə yayılıb.
Qeyd edək ki, oxşar olay 2009-cu ildə Qəzza şəhərində də yaşanmışdı. Belə ki, iki zebrası ölən zoopark zebra kimi görünsün deyə uzunqulaqları boyamışdı. O zaman zoopark açıqlamasında uşaqların fərqi anlamadığını və gördüklərində çox sevindiklərini bildirmişdi.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər