Xəbər lenti

Etirazçılar qadın bələdiyyə sədrini döyüb, saçını qırxdı (FOTOLAR)
Foto 10:54 09.11.2019

Etirazçılar qadın bələdiyyə sədrini döyüb, saçını qırxdı (FOTOLAR)

Boliviyada Vinto bölgəsinin bələdiyyə sədri Patrisiya Arxe etirazçıların zorakılığına məruz qalıb.

Qaynarinfo xəbər verir ki, bələdiyyə binasına hücum edən bir qrup şəxs P.Arxeni əsir götürüb, işgəncə edəndən sonra təhlükəsizlik qüvvələrinə təhvil verib. Qadın siyasətçinin saçları kəsilb, üzünə və bədəninə boya, çirkab yaxılıb. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb və səs-küyə səbəb olub.

Boliviya Müdafiə Naziri Xavier Zavaleta etirazçılara xəbərdarlıq edərək qurbanların sayının daha da artacağını bildirib.

Qeyd edək ki, ölkədə 20 oktyabrda baş tutan prezident seçkilərinin nəticələri etirazla qarşılanıb. Seçkiyə görə, Evo Morales 47,8% səs əldə edərək rəqibi 36,1% səs qazanan Karlos Mesanı geridə qoyub və növbəti dəfə prezident seçillib. Boliviyada seçkidə üstünlük əldə etmək üçün minimum 50% səs qazanmaq və ya azı 40% səs toplayaraq ən yaxın rəqibini 10% geridə qoymaq lazımdır. 

Nəticə əleyhinə təşkil edilən aksiyalarda bu günə qədər 3 nəfər ölüb, çox sayda insan xəsarət alıb.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->