Xəbər lenti

26 yaşlı fizik dünya gözəli oldu (FOTOLAR)
Foto 18:48 07.11.2017

26 yaşlı fizik dünya gözəli oldu (FOTOLAR)

Dünyanın ən böyük 4 gözəllik yarışından biri olan "Miss Earth"ün qalibi müəyyənləşib. 

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 2001-ci ildən bəri təşkil edən yarışın qalibi filippinli Karen İbasco olub. 

"Miss Earth" digər gözəllik yarışlarından bir qədər fərqlənir. Burada "Earth" sözün dünya kimi yox, torpaq mənasında istifadə edilib. Təşkilatçıların əsas məqsədi torpağın, ətraf-mühitin vəziyyətinə diqqət çəkmək və insanları təbiətin vəziyyətinə münasibətdə həssas olmağa çağırmaqdır. 

Yarışın iştirakçılarından şablon və qüsursuz gözəlliyə və fiziki quruluşa sahib olmaları ciddi şəkildə tələb edilmir. 

Bu ilin qalibi olan Karen İbasko Filippindən olan 26 yaşlı fizikdir. Elmi fəaliyyəti ilə diqqəti çəkən İbasko enerji qənaəti və qlobal istiləşmə ilə bağlı araşdırmalar aparıb. 

Gülşən
Qaynarinfo.Az



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->