3 həftədən çoxdur Urmiyə Ettelaat İdarəsinin təcridxanasında saxlanılan güney azərbaycanlı fəallar Musa Ziya və Səccad Şəhirinin vəziyyəti barədə heç bir məlumatın olmaması ailələrinin nigəranlığına səbəb olub.
Musa Ziya iyunun 22-də Sulduzda öz şəxsi evində, Səccad Şəhiri isə Urmiyə şəhərində mülki geyimli məmurlar tərəfindən saxlanılıb.
Onlar saxlandıqdan sonra ailələri ilə qısa telefon əlaqəsi saxlayaraq Urmiyə Ettelaat İdarəsinin təcridxanasına aparıldıqlarını bildiriblər. Birinci telefon əlaqəsindən sonra onlardan heç bir xəbər yoxdur. Fəalların ailəsi və yaxınları bu vəziyətdən narahatdır.
Məlumata görə, Musa Ziya şəkər xəstəliyi və ürək ağrısından əziyyət çəkdiyi üçün davamlı olaraq dərman qəbul edir. Onun xəstə vəziyyətdə olması ailəsinin xüsusi nigaranlığına səbəb olub.(GünAz TV)
Şərhlər