Sənət 12:14 17.04.2014

“Eurovision” mahnımız Azərbaycanca - VİDEO

“Dərin mənalı mahnıdır”.

Azərbaycanın “Eurovision-2014” təmsilçisi Dilarə Kazımova müsabiqədə ifa edəcəyi “Start a Fire” mahnısının Azərbaycan dili versiyasını təqdim edib. APA məlumat verir ki, mahnının Azərbaycan versiyası “Bir qığılcım” adlanır.

““Start a Fire” dərin mənalı mahnıdır. Onun süjeti mənə və mənim ölkəmə çox yaxındır. Mən mahnının doğma dilimə tərcümə olunmasını səbirsizliklə gözləyirdim”, - deyə D.Kazımova bildirib.

Qeyd edək ki, D.Kazımova “Start a Fire” mahnısını 8-ci nömrə altında “Eurovision” müsabiqəsinin birinci yarımfinalında mayın 6-da Kopenhagendə təqdim edəcək.

Qaynar.info