Türkiyənin Elazığ şəhərində yaşayan yaşlı bir adamın evindən və bağçasından 8 yük maşını zibil çıxarılıb.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, ətrafa yayılan pis qoxu səbəbindən qonşuların şikayəti əsasında evə baxış keçirilib. Ev sahibi ərazidən uzaqlaşdırıldıqdan sonra saatlar içində ərazi təmizlənib.
Bildirilir ki, qonşular il öncə də bu barədə polisə şikatət etmişdilər və həmin vaxt da onun bağçasından təxminən bu qədər zibil çıxarılmışdı.
Şərhlər