Xəbər lenti

Evo Moralesin avtomobili atəşə tutuldu
Dünya 17:21 27.10.2024

Evo Moralesin avtomobili atəşə tutuldu

Boliviyanın keçmiş prezidenti Evo Morales avtomobilinə hücum edildiyini bildirib. 

Qaynarinfo xəbər verir ki, o, öz "Facebook" səhifəsində avtomobilin içindən video yayımlayıb. 

Kadrlarda ön şüşədə bir neçə güllə dəliyi görünür. Morales bunun onu həbs etmək cəhdi olduğunu iddia edir. Sabiq prezident hazırda zorlama ittihamı ilə istintaqa cəlb olunub.

Boliviyaya 2006-cı ildən rəhbərlik edən Evo Morales 2019-cu ildə ölkədəki kütləvi etirazlar fonunda tutduğu vəzifədən istefa verib. Özü də baş verənləri çevriliş adlandırıb. Siyasətçi ölkəni tərk edib və 11 ay sonra, Luis Arse yeni prezident seçiləndən sonra geri dönüb.

Keçmiş prezident indi zorlamada ittiham olunur. İstintaq 2020-ci ilin avqustunda başlayıb. 2024-cü ilin oktyabrında Morales məhkəmə iclasına gəlməyib. Bu səbəbdən prokuror siyasətçini həbs etmək planlarını açıqlayıb. Bundan sonra Moralesin tərəfdarları siyasətçiyə qarşı işin dayandırılmasını tələb edərək nümayişlərə başlayıblar. Etirazçılar ölkənin mərkəzində yolları bağlayır və polislə toqquşmalar başlayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->