Xəbər lenti

Çexiyada yoxa çıxan rusiyalı
Dünya 20:00 02.11.2021

Çexiyada yoxa çıxan rusiyalı "Aya uçdu”

Çexiyanın paytaxtı Praqada yoxa çıxan rusiyalı Aleksandr Rıxtikov Aya uçduğunu deyib.

Qaynarinfo xəbər verir ki, bu barədə onun anası "Vkontakte” hesabında yazıb.

"Hər şey qaydasındadır. Məni axtarmayın, çünki tapa bilməyəcəksiniz. Mən yenidən Aya geri dönüş bileti olmadan uçmalı oldum... Mən ölməzəm”, - deyə Rıxtikov bildirib. 

Rıxtikov qeyd edib ki, anası onunla hər şeyin qaydasında olduğunu bilir və onu axtarmağa ehtiyac yoxdur.
 
O, Ayda olduğunu deyərək axtarışların nəticə verməyəcəyini əlavə edib.

Xəyal Abdullayev

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->