Dünya 13:33 23.04.2021

Çexlər öldürülmüş soydaşlarının qanını Rusiyaya belə xatırlatdı

Aprelin 23-nə keçən gecə naməlum şəxslər Çex Respublikasının cənub-şərqindəki Brno şəhərində yerləşən Rusiya Baş Konsulluğunun girişindəki divarları ketçupla boyayıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalistlərə yerli polisdən məlumat verilib.

Polisin sözlərinə görə, təhlükəsizlik qüvvələri həmin şəxsləri axtarır. Bununla belə, Baş Konsulluq hələ vəziyyətlə bağlı açıqlama verməyib.

Xatırladaq ki, 18 apreldə Çex polisi Praqada Rusiya səfirliyinin ərazisini əhatə edən divarlara ketçup tökən yeddi nəfərin tutulduğunu elan edib. Sonra aktivistlər bu şəkildə 2014-cü ildə Şərqi Çex Respublikasının Vrbetitse kəndində silah-sursat anbarlarında baş verən partlayışlarda ölənlərin qanlarını insanlara xatırlatdıqlarını iddia ediblər.
 
Alpər