Mağazaya girən avtomobil 6 nəfəri əzib.
"Qaynarinfo"nun dailymail-ə istinadən məlumatına görə, dəhşətli qəza ABŞ-ın Nyu-York şəhərində baş verib. 74 yaşlı sürücü əyləc yerinə səhvən qazı basıb. Nəticədə avtomobil sürətlə mağazaya girib və alış-veriş edən 6 nəfəri əzib.
Dərhal xəstəxanaya çatdırılan yaralılardan birinin hamilə olduğu və ümumilikdə 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.
Hadisə zamanı mağaza sahibinə 20 min dollar ziyan dəyib.
Qaynarinfo dəhşətli qəzanın videogörüntülərini təqdim edir:
Qaynarinfo.Az
Şərhlər