Foto 23:31 16.10.2021

Əzizini itirən Aygün hər kəsi ağlatdı: "Döyünən ürəyim, sən mənim üçün ölmədin" (FOTOLAR)

Atasını itirən müğənni Aygün Mahmudovadan paylaşımı ilə hər kəsi ağladıb.

Qaynarinfo xəbər verir ki, müğənni atasının məzarını ziyarət edib.
 
Atasının məzarı üstündə foto paylaşan Aygün qeyd edib:
 
"40 gün necə tez keçdi. Sənsiz çox darıxıram, nur üzlü atam, döyünən ürəyim. Allah sənə rəhmət eləsin. Sən mənim üçün ölmədin ki, sən həmişə mənim yanımda, canımda, əqlimdə, ruhumda qalacaqsan. Nə yaxşı ki, mənim atam sən olmusan. Mənim qürurum, mənim döyünən ürəyim, varlığım atam".
 
Xəyal Abdullayev