Xəbər lenti

Texnologiya 17:28 14.08.2019

"Facebook" audio mesajları qeydə alıb

"Facebook" istifadəçilərin səs yazılarını qeydə almaq üçün müvafiq şirkətlərə ödəniş edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" iddia ilə çıxış edib. Şirkət süni intellekt tərcümə sistemlərinin doğru işlədiyini yoxlamaq üçün yüzlərlə kənar quruma ödəniş edib. 

Həmin şirkətlər "Facebook Messenger" vasitəsilə göndərilən audio faylların mətn formasını hazırlayıb. "Facebook" bu iddianı təsdiq edərək limitli sayda səs yazısının qeydə alındığını təsdiq edib.

Qeyd edək ki, "Facebook" ötən dövrlərdə istifadəçilərin şəxsi məlumatlarını "Cambridge Analytica" şirkəti ilə paylaşması ilə, həmçinin digər təhlükəsizlik ittihamları ilə gündəmə gəlmiş və böyük qalmaqala səbəb olmuşdu.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->