Ekonomiks 11:00 27.08.2013

Facebook-da YENİLİK

Yeni funksiya 50-dək istifadəçi seçməyə imkanı verəcək.

Dünyanın iri sosial şəbəkəsi sayılan Facebook bazar ertəsi “Ümumi fotoalbom” adlı yeni bölmənin istifadəyə verildiyini açıqlayıb.

Gün.Az xəbər verir ki, bu barədə sosial şəbəkənin nümayəndəsi bildirib. Əvvəllər şəbəkə istifadəçiləri yalnız özləri yaratdığı albomlara şəkil yükləyə bilirdilər. Eyni zamanda bir alboma minə qədər şəkil yükləmək mümkündür.

Yeni funksiya isə albom yaradıcısına sözügedən fotoalboma dostluğunda olan digər şəxslərində şəkil yükləməsinə və 50-dək belə istifadəçi seçməsinə imkanı verəcək.

Bununla belə hər bir seçilən şəxs 200-dək şəkil yükləyə biləcək.

Qaynar.info